Bakının çimərliklərində batmaq təhlükəsi ilə üzləşmiş daha 6 nəfər xilas edilib

Bakının çimərliklərində batmaq təhlükəsi ilə üzləşmiş daha 6 nəfər xilas edilib
# 16 iyul 2015 00:53 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında Bakının çimərliklərində batmaq təhlükəsi ilə üzləşmiş 6 nəfər xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Sabunçu rayonunda dənizdə (2 nəfər “Fatmayı” sularda xilasetmə postunun ərazisində, daha 2 nəfər isə xilasetmə məntəqəsindən 850 metr nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər sularda xilasetmə postunun xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.

Batmaq təhlükəsi ilə üzləşmiş daha 2 şəxs isə Bakının Xəzər rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə postunun ərazisində) xilasedicilər tərəfindən sudan çıxarılaraq xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR