ATƏT sədri Dağlıq Qarabağ separatçılarının lideri ilə görüşüb

ATƏT sədri Dağlıq Qarabağ separatçılarının lideri ilə görüşüb
# 30 iyun 2016 09:03 (UTC +04:00)

Bakı - APA. ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Ermənistana səfəri çərçivəsində bu gün səhər İrəvanda Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.

APA-nın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair fikri mübadiləsi aparılıb, yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunub.

Qeyd edək ki, ATƏT sədrinin iyunun 29-da regiona səfəri başlayıb. O, dünən Ermənistanda görüşlər keçirib, bu gün isə Azərbaycana gəlir.

İyulun 1-də isə Ştaynmayer Gürcüstana səfər edəcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR