Ədliyyə Nazirliyi və Penitensiar xidmətin əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər

Ədliyyə Nazirliyi və Penitensiar xidmətin əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər
# 15 noyabr 2014 10:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Avropa Şurasının təşkilatçılığı ilə Fransa Respublikasının Strasburq şəhərində Penoloji Əməkdaşlıq üzrə Şuranın 4-cü plenar iclası keçirilib.


APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın Ədliyyə Nazirliyini Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Tağı Eynullayev və Penitensiar xidmətin Əməliyyat-rejim İdarəsinin böyük inspektoru Namir Quliyevin daxil olduğu nümayəndə heyəti təmsil edib.


Plenar iclasda yetkinlik yaşına çatmayan məhkumlara qarşı işgəncənin, zorakılığın və pis rəftarın qarşısının alınması, məhkumların transfer məsələləri, dini etiqadlarının yerinə yetirilməsi o cümlədən hüquq və azadlıqlarının təmin edilməsi mövzusunda geniş müzakirələr aparılıb.


Müzakirələr zamanı Penoloji şuranın işçi qrupunun üzvlərinin çıxışları dinlənilib, həbs olunmuş və saxlanılan şəxslərə qarşı qeyri-insani rəftarın qarşısının alınmasına dair Avropa Şurasının tövsiyyələri iclas iştirakçılarının diqqətinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR