Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 31 Oktyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 31 Oktyabr - <span style="color: red;">VİDEO
# 31 oktyabr 2014 17:08 (UTC +04:00)

Bakı-APA. Ukrayna bir neçə mərhələdən ibarət imtahan prosesindədir. Parlament seçkiləri bu imtahanın həlledici hissəsi idi. Ukrayna xalqı bu imtahandan üzüağ çıxa bildi. Kommunistlərə və Rusiyameylli partiyalara yox deyən, qaragüruh və radikal millətçiləri parlamentə buraxmayan, qanunverici orqanı intellektual düşüncəli qüvvələrin ixtiyarına verən xalq bunun qarşılığını istəyir. Xalqın istəyinin qarşılığının verilməsi imtahanın ən çətin mərhələsidir. Hakimiyyətdə təmsil olunan qüvvələr hakimiyyət tarixində ilk dəfə seçkilərə iki partiya ilə qatıldı və ən maraqlı məqam xalqın hər iki partiyaya dəstək verməsi idi. Bunun əvəzində seçicilər o partiyalarda monolit bir hökumətin qurulmasını istəyir və prezident Poroşenkonun baş nazir postuna öz namizədini deyil, Yatsenyukun namizədliyini irəli sürməsi bu istəyin qarşılanmasıdır. Ukraynanın ən yeni siyasətçilər nəsli anlayır ki, dövlətçilik naminə şəxsi iddialardan imtina etməsələr, o dövlətin taleyi sual altında qala bilər. Ukrayna imtahanın bu hissəsindən də deyəsən uğurla çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR