Narışkin: “Rusiya Qara dəniz regionunda çoxtərəfli əməkdaşlıqda maraqlıdır”

Narışkin: “Rusiya Qara dəniz regionunda çoxtərəfli əməkdaşlıqda maraqlıdır”
# 29 iyun 2016 10:33 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Rusiya Qara dəniz hövzəsi regionunda çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədri, Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin bildirib.

"Rusiya regionda sülh, sabitlik və ölkələrimizin çiçəklənməsinə yönəlmiş çoxtərəfli iqtisadi əməkdaşlığın gələcək inkişafında maraqlıdır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının səlahiyyətinə aid olmayan məsələlərin süni olaraq təşkilatın fəaliyyətinə aid etmək olmaz. Hər hansı bir təşkilatın real potensialı nə qədər özünü göstərirsə, bir o qədər də problemli və böhranlı anları olur", - deyə S. Narışkin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sessiyasında deyib.

Qeyd edək ki, Rusiya paytaxtında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 47-ci sessiyası keçirilir. Rusiyanın sədrliyi ilə keçirilən iclasda Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Türkiyədən nümayəndə heyətləri iştirak edir. Gürcüstan və Ukrayna isə iclasda iştirakdan imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR