Hərbi Prokurorluqda seminar keçirilib - FOTO

Hərbi Prokurorluqda seminar keçirilib                            - <span style="color: red;">FOTO
# 20 aprel 2013 12:14 (UTC +04:00)

Bakı - APA. Hərbi Prokurorluqda Azərbaycan Hüquqşünasları Konfederasiyasının və Amerika Hüquqşünaslar Assosiasiyasının təşkilatçılığı ilə “Cinayət Prosessual qanunvericiliyinin tətbiq olunmasında insan hüquqlarının müdafiəsi məsələləri” mövzusunda seminar keçirilib. Hərbi Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev seminarı açaraq bildirib ki, cinayət hüququ üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinin öyrənilməsi prokurorluq orqanlarının əsas vəzifələrindən biridir. O, son illər ölkədə hüquqi dövlət quruculuğu, iqtisadi-siyasi sabitliyin qorunması, dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı kəsərli mübarizənin təşkili, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində aparılan genişmiqyaslı islahatlar barədə ətraflı danışıb.

Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli və Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Robert Steere də çıxışlarında mövzuya dair fikirlərini ifadə ediblər.

Tədbirdə Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Prezidentinin Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə Heyətinin üzvü Çingiz Əsgərovun “Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ”, Avropa Şurası İşgəncələrə Qarşı Komitəsinin sədri, BDU beynəlxalq hüquq kafedrasının müəllimi, Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru Lətif Hüseynovun “İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin standartları”, Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Fərəc Sayılovun “Cinayət Prosessual qanunvericiliyinin tətbiq olunmasında insan hüquqlarının müdafiəsi məsələləri və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ” mövzularında çıxışları dinlənilib.

X. Vəliyev seminara yekun vuraraq işti­rak­çı­lar tərəfindən məhkəmə-istintaq təc­rübəsinin və qanunvericiliyin təkmilləşdirilməsi üçün konkret maraqlı təkliflər səs­ləndirildiyini qeyd edib və müzakirələrin Hərbi Prokurorluğun fəaliyyətinə müs­­bət təsir göstərəcəyinə əmin­liyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR