İŞİD terror qruplaşmasının “müdafiə naziri” məhv edilib

İŞİD terror qruplaşmasının “müdafiə naziri” məhv edilib
# 27 aprel 2015 17:37 (UTC +04:00)

Bakı – APA. “İslam dövləti” (İŞİD) qruplaşmasının liderlərindən biri, terrorçuların “müdafiə naziri” Şait əs-Səmerayı məhv edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, o, İraq təhlükəsizlik qüvvələrinin xüsusi əməliyyatı nəticəsində Naynava əyalətində öldürülüb.

Əməliyyat zamanı daha 8 İŞİD silahlısının məhv edildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR