Kreml: Britaniya hərbi kontingenti saxta bəhanə ilə Baltikyanı ölkələrə yerləşdirilir

Kreml: Britaniya hərbi kontingenti saxta bəhanə ilə Baltikyanı ölkələrə yerləşdirilir
# 08 oktyabr 2015 13:26 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Britaniya hərbi kontingentinin Baltikyanı ölkələrə yerləşdirilməsi saxta bəhanə ilə həyata keçirilir. Bu, Rusiya tərəfindən cavabsız qalmayacaq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

"Rusiyanın yaratdığı təhlükə iddiası NATO-nun sərhədlərimizə doğru ekspansiyasını ört-basdır edən kamuflyajdır", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR