Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xüsusi təyinatlı təhsil müəssisələrində görüşlər təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xüsusi təyinatlı təhsil müəssisələrində görüşlər təşkil edəcək
# 23 aprel 2015 08:31 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, habelə hərbi təhsilə marağın artırılması məqsədi ilə xüsusi təyinatlı təhsil müəssisələrində görüşlərə başlayır.

SHXÇDX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tədbirlərə təhsildə fərqlənən yuxarı sinif şagirdləri cəlb olunacaq.

İlk tədbir aprelin 25-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında baş tutacaq.

Tədbirlər digər təhsil müəssisələrində davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR