Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat vasitələri ilə 205 milyon 52,2 min ton yük daşınıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, hesabat dövründə yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artıb.
Yük daşımalarının əsas hissəsi avtomobil nəqliyyatının payına düşüb. Belə ki, yanvar-oktyabr aylarında avtomobil nəqliyyatı ilə 130 milyon 387,6 min ton yük daşınıb ki, bu da illik müqayisədə 6,9% çoxdur.
Nəqliyyat sektorunda yük daşımaları (min ton):
|
|
2026-cı ilin yanvar- oktyabr aylarında |
2025-ci ilin müvafiq dövründə |
2025-ci ilin müvafiq dövrünə nisbətən, faizlə |
|
Cəmi |
205 052,2 |
198 274,1 |
103,4 |
|
o cümlədən: Dəmir yolu |
15 613,1 |
13 907,6 |
112,3 |
|
Dəniz |
7 499,0 |
7 724,7 |
97,1 |
|
Hava |
319,7 |
322,0 |
99,3 |
|
Boru kəməri |
51 232,8 |
54 348,2 |
94,3 |
|
neft kəməri |
27 532,6 |
30 580,7 |
90,0 |
|
qaz kəməri |
23 700,2 |
23 767,5 |
99,7 |
|
Avtomobil |
130 387,6 |
121 971,6 |
106,9 |