Gürcüstanda təyin olunan yeni nazirlər deputat mandatından məhrum olacaqlar

Gürcüstanda təyin olunan yeni nazirlər deputat mandatından məhrum olacaqlar
# 01 may 2015 23:29 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan parlamentinin sədri David Usupaşvili jurnalistlərə açıqlamasında bildirib: "Gürcüstan parlamenti hökumətdən Nazirlər Kabinetinin yeni üzvlərinin təyinatı barədə sənədləri gözləyir. Bu gün Gürcüstanın müdafiə naziri təyin olunan Tina Xidaşeli, ətraf mühitin mühafizəsi naziri Qiqla Aqulaşvili hələ də parlamentin komitə sədri olaraq qalırlar", parlament sədri vurğulayıb.

Onun sözlərinə görə, parlamentin prosedur məsələləri üzrə komitəsi adı çəkilən deputatların nazir vəzifələrinə təyin olunması ilə bağlı verilən əmri alan kimi plenar iclasların birində deputatların mandatdan məhrum edilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, mayın 1-də baş nazir vəzifəsini icra edən İrakli Qaribaşvili Nazirlər Kabinetinin üzvü olacaq üç yeni nazirin əmrini imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR