Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 May - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 May - <span style="color: red;">VİDEO
# 27 may 2015 17:11 (UTC +04:00)

OPEK pişik kimi kürəyini yerə vermək istəmir. Kartel gündəlik hasilatın həcmini əvvəlki səviyyədə saxlamağa hazırlaşır, üstəlik OPEK üzvü olan İraq müəyyən olunan kvotaya rəğmən ixrac neftin həcmini artırmaq niyyətindədir. Xam neftin qiyməti xeyli müddətdir 65 dollar səviyyəsində stabilləşsə də, bu situasiya OPEK-ə və deməli, kartelin patronu Səudiyyə Ərəbistanına sərf etmir. OPEK neftin qiymətini ucuzlaşdırmaqla ABŞ-ın şist nefti hasil edən şirkətlərini bazardan çıxarmaq istəyir, Səudiyyənin məqsədi isə Yaxın Şərqdə bir nömrəli rəqibi olan İranın iqtisadi maraqlarına zərbə vurmaqdır. Bağdadın bazara daha çox neft çıxarmaq qərarı həm də OPEK-in kartelə üzv olmayan neft ölkələrinə qeyri-rəsmi müharibə elan etməsidir. Bu müharibənin nəticələrini proqnozlaşdırmaq çətin olsa da, bir ehtimal həmişə güclüdür - başlayacaq müharibə Yaxın Şərqdə qüvvələr və maraqlar balansını mütləq dəyişəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR