Parlamentdə “Publik hüquqi şəxslər haqqında” qanun qəbul edilib

Parlamentdə “Publik hüquqi şəxslər haqqında” qanun qəbul edilib
# 30 sentyabr 2015 13:53 (UTC +04:00)

APA-nın xəbərinə görə, layihə barədə məlumat verən deputat Rəfael Cəbrayılov bildirib ki, bu qanun və ondan irəli gələn vəzifələr Azərbaycanda yeni olsa da, bəzi inkişaf etmiş ölkələrdə mövcuddur. Azərbaycan Prezidenti tərəfindən təqdim olunan qanun layihəsi 9 maddədən ibarətdir. Yeni qanuna əsasən, Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları müəyyən edilir. Qanunda göstərilir ki, publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Publik hüquqi şəxs isə dövlət və bələdiyyə adından, yaxud publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.


Müzakirə zamanı deputat Şəmsəddin Hacıyev qanunda “publik” sözünü işlənməsinə irad bildirərək, bunun “ictimaiyyət” sözü ilə əvəzlənməsini istəyib. Ona spiker Oqtay Əsədovun cavabı belə olub: “Şəmsəddin Hacıyev, parlamentin Elm və təhsil komitəsinin sədri kimi bu sözə alternativ, mənasını əhatə edən söz tap, dəyişək. Yəni, ictimaiyyət sözü həqiqətən məna etibarı ilə bunu əvəz edirsə, dəyişək. Sonra irad bildir”.

Daha sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR