Azərbaycanda bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycanda bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq
# 30 aprel 2013 12:35 (UTC +04:00)

ARDNŞ-ın «Azəriqaz» İB-dən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 30 aprel 2013-cü il tarixdə saat 9.00-dan saat 18.00-dək “Quba”, “Ağdaş”, “Şəmsabad”, “Cəfərabad” Qazpaylayıcı Stansiyalarından, saat 10-dan 18-dək “Zirə-3”, “Yeni Binə”, “Qobustan”, “Göyçay-1”, “Göyçay-2”, “Bolqarıstan” mini, “Lək” Qazpaylayıcı Stansiyalarından, “Qazaxbəyli” Avtomatik Qazpaylayıcı Stansiyasında, “Əskipara” Avtomatik Qazpaylayıcı Stansiyasının I çıxış xəttində, “Bahar Enerji” Əməliyyat Şirkətindən qidalanan “Əsas” magistral qaz kəmərində, saat 9.00-dan saat 19.00-dək “Dilman-Şərədil” xətti istisna olmaqla “Şamaxı” Avtomatik Qazpaylayıcı Stansiyasında, “Bahar” Qazpaylayıcı Stansiyasında “Suraxanı-2” ölçü qovşağından qidalanan “Suraxanı” qaz xəttində və “Qaraçuxur” Qazpaylayıcı Stansiyasında “Günəşli (3-cü sayğac)” orta təzyiqli qaz kəmərindən qidalanan “Əmircan-Bülbülə” qaz xəttində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Şəki, Quba, Şamaxı, Ucar, Göyçay, rayonlarına, Xəzər rayonunun Pirallahı, Qala, Binə qəsəbələrinə, Südçülük sovxozu adlanan yaşayış massivinə, Qaradağ rayonunun Qobustan, Ələt qəsəbələrinə, Sabunçu rayonunun Maştağa qəsəbəsinə, Savalan və Daş Karxanası adlanan yaşayış sahələrinə, həmçinin Suraxanı, Xətai və Qazax rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR