Moskvada Rusiyada fəaliyyət göstərən azərbaycanlı həkimlərin 1-ci Tibb Forumu keçirilib - FOTOSESSİYA

Moskvada Rusiyada fəaliyyət göstərən azərbaycanlı həkimlərin 1-ci Tibb Forumu keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 30 aprel 2013 14:48 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təşkilatçılığı, Azəbaycanın Səhiyyə, İdman və Gənclər nazirlikləri, İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə keçirilən forumda Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev, Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti, Rusiyanın baş uşaq onkoloq cərrahı, akademik Məmmədbağır Əliyev və Rusiyada tibb sahəsində çalışan azərbaycanlı gənc həkimlər iştirak ediblər.

Forumu giriş sözü ilə açan RAGT-nin İdarə Heyətinin üzvü Emin Hacıyev tədbirin keçirilməsində dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib.

Səhiyyə naziri Oqtay Şirəliyev çıxışında Azərbaycanda səhiyyə sahəsində keçirilən islahatlardan danışıb. Heydər Əliyevin ölkədə səhiyyənin inkişafına, tibb kadrlarının yetişdirilməsinə və səhiyyə sahəsində təhsilin keyfiyyətinə həmişə qayğı ilə yanaşdığını söyləyən nazir prezident İlham Əliyevin də səhiyyəsinin inkişafına dəstək yolunu davam etdirdiyini bildirib: “Bugünkü forumun keçirilməsində məqsəd Azərbaycan ilə Rusiya tibb müəssisələri arasında əlaqələri daha da möhkəmləndirmək və ən başlıcası, yüksək ixtisaslı tibb kadrlarının hazırlanması işini inkişaf etdirməkdir”.

Səfir Polad Bülbüloğlu isə çıxışında Azərbaycan və Rusiya səhiyyələri arasında uzun illər davam edən sıx əməkdaşlıq münasibətlərindən danışıb. O, bu günlərdə İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetində görkəmli oftalmoloq alim, Rusiyanın səhiyyə dairələrində böyük nüfuza malik bir şəxsiyyət Zərifə Əliyevanın yubileyinin keçirildiyini bildirib: “Ötən il isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adı verilib. Bu, iki ölkənin səhiyyə sahəsinin qarşılıqlı əlaqələrinin inkişafından və sıx əməkdaşlığından xəbər verir”. Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə RAGT-ın belə bir əhəmiyyətli forum keçirməsinin mühüm hadisə olduğunu söyləyib.

Birinci Moskva Dövlət Tibbi Universitetinin Beynəlxalq əməkdaşlıq üzrə prorektoru Pyotr Litvitski çıxışında Azərbaycanda həyata keçirilən səhiyyə islahatlarından danışıb. Azərbaycanda səhiyyə sahəsində dövlət proqramının uğurla həyata keçirildiyini söyləyən prorektor ölkədə orta ömür müddətini əhəmiyyətli dərəcədə artdığını və uşaq ölümü kimi neqativ halların azaldığını bildirib.

ÜAK prezidenti, akademik Məmmədbağır Əliyev və Lomonosov adına Moskva Dövlət Universtetinin tibbi-elmi təhsil mərkəzinin direktoru, prorektor Yuri Belenkov çıxışlarında RAGT-ın I Tibb Forumunun əhəmiyyətindən danışıblar. Onlar belə forumların gənc mütəxəssislərin formalaşmasında vacib rol oynayacağını söyləyiblər.

Qeyd edək ki, forumda keçirilməsində əsas məqsəd Azərbaycan və Rusiya səhiyyəsinin bir çox sahələrinin nümayəndələri arasında sıx əməkdaşlığı inkişaf etdirmək, habelə, tibb sahəsində gənc mütəxəssislərin Azərbaycanda işlə təmin olunması proqramının gerçəkləşdirilməsinə yardım göstərməkdir. Yüzdən çox gənc həkimin və 50-dən çox qonağın qatıldığı forum çərçivəsində Azərbaycanın və Rusiyanın səhiyyə sahələrində tanınmış ekspertlər və mütəxəssislərin iştirakı ilə mühazirələr və panellər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR