İran silah ticarətinin məhdudlaşdırılmasını nəzərdə tutan beynəlxalq sazişin ilkin variantını qəbul etməyib

İran silah ticarətinin məhdudlaşdırılmasını nəzərdə tutan beynəlxalq sazişin ilkin variantını qəbul etməyib
# 29 mart 2013 09:20 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran silah ticarətinin məhdudlaşdırılmasını və qadağan olunmasını nəzərdə tutan beynəlxalq sazişin ilkin variantını qəbul etməyib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai bildirib.

Onun sözlərinə görə, İranın səylərinə baxmayaraq, müqavilənin ilkin variantındakı nöqsanlar aradan qaldırılmayıb: “Sazişin ilkin variantı siyasi və ayrı-seçkiliyə əsaslanan şəkildə hazırlanıb. Ona görə də İran belə bir variantın əleyhinədir. İran təsirli, ciddi, balanslaşmış və ayrı-seçkiliyə əsaslanmayan, normal silahların qeyri-qanuni şəkildə ticarəti nəticəsində cəmiyyətdə ortaya çıxan problemlərin azaldılması üçün bir müqavilənin hazırlanmasının tərəfdarıdır”.

M.Xəzai deyib ki, sazişin əsas hədəflərindən biri də dünyada silah ticarətinin tənzimlənməsidir: “Ancaq müqavilənin ilkin variantı öz sərhədlərindən kənarda, dünyanın müxtəlif yerlərində, o cümlədən Yaxın Şərq və Fars körfəzi bölgələrində hərbi qüvvə yerləşdirən bəzi ölkələrə qarşı silahların köçürülməsini istisna edir. Bu da onların insanları kütləvi şəkildə qırğın etməsinə zəmin hazırlamış olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR