İstanbulda 1 May mitinqlərində 203 nəfər saxlanılıb

İstanbulda 1 May mitinqlərində 203 nəfər saxlanılıb
# 02 may 2015 03:47 (UTC +04:00)

Bakı-APA. İstanbulda 1 May mitinqlərində 203 nəfər saxlanılıb, 24 nəfər xəsarət alıb.

APA-nın DPA agentliyinə istinadən verdiyi məlumata görə, xəsarət alanlardan 18-i nümayişçi, 6-sı isə polis əməkdaşıdır.

Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Xatırladaq ki, Türkiyənin Həmkarlaq İttifaqları "1 May - Zəhmətkeşlərin Həmrəyliyi Günü" münasibətilə yürüş keçirmək və Taksim meydanında mitinq təşkil etmək üçün İstanbul Bələdiyyəsinə müraciət etmişdi, lakin şəhər rəhbərliyi onlara rədd cavabı vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR