Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İlqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, İ. Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ. Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham edilir.