“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində Yeni Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası nəzərdə tutulur.
"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Yeni Suraxanı - Hövsan dəmir yolu xəttinin bərpası ilə əlaqədar təşkil oluna mediatur zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, artıq layihələndirmə işlərinə başlanılıb.
"Bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektlərinin söküntü işləri başa çatıb", - Bəxtiyar Hacıyev qeyd edib.
O əlavə edib ki, artıq xətt boyunca stansiyaların yerləri də müəyyən olunub.