Bank Of Baku

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasında hava limanı gələn ilin yazında istismara hazır olacaq

Valeh Ələsgərov

© APA | Valeh Ələsgərov

# 06 oktyabr 2026 10:31 (UTC +04:00)

Yerli yükdaşıma şirkəti “Silk Way Airlines” ilə Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanı və onun ətrafında logistika infrastrukturunun inkişaf etdirilməsi barədə razılığa gəlmişik. Bəlkə də bu, azad iqtisadi zonanın ərazisində yerləşən ilk hava limanıdır.

“APA-Economics” xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov “Alman- Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026” tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu layihə üçün 750 hektar torpaq sahəsi ayrılıb: “Hava limanının tikintisinə 2024-cü ilin aprelində başlanılıb, tikinti bu ilin sonunda başa çatacaq və hava limanı 2027-ci ilin mart ayının sonu, aprel ayının əvvəlindən gec olmayaraq istismara hazır olacaq.

Valeh Ələsgərov bildirib ki, Hava limanının birinci mərhələdə illik yükötürmə qabiliyyəti 500 min ton olacaq: “Bu göstəricinin tədricən artırılaraq ən azı 2 milyon tona çatdırılması nəzərdə tutulur".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR