Firudin Sadıqov: “Ağdamda vurulan Ermənistan helikopterində silahın olub-olmadığını müəyyən etmək mümkündür”

Firudin Sadıqov: “Ağdamda vurulan Ermənistan helikopterində silahın olub-olmadığını müəyyən etmək mümkündür”
# 18 noyabr 2014 12:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Ermənilər bütün dünyaya elan ediblər ki, Azərbaycan helikopteri vurub. Həmin helikopterdə isə silah olmayıb”.

APA-nın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov deyib.

F. Sadıqov bildirib ki, həmin helikopterdə silahın olub-olmamasını müəyyən etmək mümkündür: “İndi internet dövrüdür. Həmin helikopter zavoddan çıxanda hansı silahlarla çıxır, bunları internet vasitəsi ilə müəyyən etmək mümkündür. O helikopterdə stasionar silahlar var və çox təhlükəlidir. Digər tərəfdən, Azərbaycanı günahlandırırlar ki, helikopteri vurub. Azərbaycan müharibə şəraitində olan ölkədir. Hava məkanının müəyyən hissələri hərbi təyyarələr üçün bağlıdır. Helikopter Azərbaycan ərazisində - Ağdamda vurulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR