Göyçayda hərbi çağırışçı qəza törədib, iki nəfər ağır xəsarət alıb

Göyçayda hərbi çağırışçı qəza törədib, iki nəfər ağır xəsarət alıb
# 15 iyul 2012 11:27 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov-APA. Azərbaycanın Göyçay rayonunda iki nəfərin ağır xəsarəti alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 10:00 radələrində Göyçayın Ləkçiplaq kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Təbriz Səmədov atasına məxsus 10-GD-891 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını ilə yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib, avtomobili yoldan çıxararaq elektrik dirəyinə çırpılandan sonra su kanalına aşıb. Zərbədən elektrik dirəyi avtomoblin üzərinə aşıb, naqillər qırılıb.

Təbriz Səmədov və sərnişini, 1981-ci il təvəllüdlü Sahil Əhmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Təbriz Səmədov sabah hərbi xidmətə yola düşməli imiş.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR