Mais Mənsimov: “Neftçi” klubuna qrup mərhələsində uğurlar arzulayıram”

Mais Mənsimov: “Neftçi” klubuna qrup mərhələsində uğurlar arzulayıram”
# 03 sentyabr 2012 11:54 (UTC +04:00)
Bakı – APA. Azərbaycan futbol ictimaiyyəti “Neftçi” klubunun Avropa Liqasındakı zəfərinə biganə qalmır. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı yarışlarda ilk dəfə qrup mərhələsinə yüksəlməklə tarix yazan bakılılar təbrik yağışına düşüblər.

Belə ki, ölkənin digər komandaları kimi, “Xəzər Lənkəran” rəhbərliyi də əzəli rəqibi olan “ağ-qaralar”ı təbrik edib. Cənub təmsilçisinin prezidenti Mais Mənsimov apasport.az saytına açıqlamasında “Neftçi” klubuna təsnifat mərhələsində olduğu kimi, qrupda da uğurlar arzulayıb.

“Komandamız adından Azərbaycanın bütün futbol ictimaiyyətini və "Neftçi" Peşəkar Futbol Klubunu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Onlar tarixi uğura imza atmaqla, futbolsevərlərimizin arzusunu gerçəkləşdirdilər. Paytaxt təmsilçisinə qrup oyunlarında da uğurlar arzulayıram. İnanıram ki, bakılılar təsnifat mərhələsində olduğu kimi, “İnter”, “Rubin” və “Partizan”la qarşılaşmalarda da Azərbaycan futbolunu layiqincə təmsil edəcəklər” – deyə, Mənsimov bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR