Cəlilabad rayon sakinindən heroin götürülüb

Cəlilabad rayon sakinindən heroin götürülüb
# 06 avqust 2012 12:23 (UTC +04:00)
Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda narkotik vasitələrin qanunsuz saxlanması ilə məşğul olan rayon sakini tutulub. Cəlilabad Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Cənub bürosuna verilən məlumata görə, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Astanlı kənd sakini Aftandil Ağayevdən 1 kiloqram 35 qram miqdarında narkotik vasitə olan heroin götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR