Azərbaycanda rezidenturaya qəbulun nəticələri açıqlanıb

Azərbaycanda rezidenturaya qəbulun nəticələri açıqlanıb
# 14 sentyabr 2012 08:19 (UTC +04:00)
APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqədə iştirak edən namizədlərdən 514 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Ümumilikdə 514 plan yerinə 492 nəfər qəbul olunub. Onların 432 nəfəri Azərbaycan, 60 nəfəri rus bölməsi üzrə qəbul olub. Qəbul planı 95,72 faiz dolub.

Rezidenturaya qəbul aparılan 4 istiqamətdən yalnız biri - tibbi profilaktika istiqaməti üzrə qəbul planı 42,11 faiz dolub. Qalan 3 istiqamət - müalicə işi və pediatriya, stomatologiya və tibbi biologiya üzrə qəbul planı 100 faiz yerinə yetirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR