Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilib

Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilib
# 25 fevral 2012 12:44 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Dövlət Miqrasiya Xidmətində (DMX) Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı bir sıra tədbirlər keçirilib. DMX-dan APA-ya verilən xəbərə görə, fevralın 22-də Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş sərgi təşkil edilib, əcnəbilərə bu tarixi faciə haqqında məlumatlar verilib.

Fevralın 25-də isə xidmət rəisi, general-mayor Firudin Nəbiyev başda olmaqla Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş sərgiyə baxış keçirilib.

Xidmət tərəfindən keçirilən anım mərasimində isə Xidmət rəisinin müavini Pərviz Musayev çıxış edərək bildirib ki, 20 il öncə fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalıya hücum edərək, bir gecənin içində şəhəri yerlə yeksan edib. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib.

Vurğulanıb ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması, eləcə də erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir.

O, son illər soyqırımın beynəlxalq aləmdə tanıdılması sahəsində görülən işlər barəsində də ətraflı məlumat verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR