FİFA prezidenti Bakıya gələcək

FİFA prezidenti Bakıya gələcək
# 28 avqust 2012 09:45 (UTC +04:00)
Bakı – APA. FİFA prezidenti Yozef Blatter Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət dünya çempionatının açılış mərasimində iştirak edəcək. Apasport.az saytının məlumatına görə, bununla bağlı AFFA-ya FİFA-dan rəsmi məlumat daxil olub. Sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək açılış mərasimində dünya şöhrətli müğənni Cennifer Lopes də iştirak edəcək. Oktyabrın 13-dək davam edəcək dünya çempionatına həmin gün Azərbaycan – Kolumbiya oyuna ilə start veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR