Kür çayında suyun səviyyəsi azalıb

Kür çayında suyun səviyyəsi azalıb
# 03 aprel 2012 09:04 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətə dair açıqladığı məlumatda bildirilir. Məlumata əsasən, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 25, Şirvanda 14, Salyanda 14, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində isə 15 santimetr azalıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 600, Şirvanda 519, Salyanda 449, Bankədə 333, Araz çayının Novruzlu məntəqəsində isə 350 santimetr təşkil edir.

Hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 145-205, Kiçik Qafqazın çaylarında 65-75, Lənkəran-Astara bölgəsi çaylarında 65-115, Naxçıvan MR çaylarında isə normanın 15-20 faizinə bərabərdir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 208 kubmetr/saniyə olmaqla, ongünlük normanın 44, Qanıx çayının Əyriçay məntəqəsində isə 102 kubmetr/saniyə olmaqla, ongünlük normanın 74 faizini təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR