Ötən il Xəzər dənizində Azərbaycana məxsus 9 gəmi və 94 qayıq, Rusiyaya məxsus 2 gəminin sərhəd rejimini pozması müəyyən edilib

Ötən il Xəzər dənizində Azərbaycana məxsus 9 gəmi və 94 qayıq, Rusiyaya məxsus 2 gəminin sərhəd rejimini pozması müəyyən edilib
# 07 mart 2012 12:46 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2011-ci ildəki fəaliyyəti ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, ötən il Xəzər dənizində dövlət sərhədinin mühafizəsinin təşkili məqsədi ilə görülmüş işlər nəticəsində 12 nəfər Azərbaycan vətəndaşı sərhəd pozucusu qismində saxlanılıb. Sərhəd rejiminə nəzarət məqsədi ilə Azərbaycana məxsus 26, Rusiya Federasiyasına məxsus 7, İran İslam Respublikasına məxsus 3, Türkmənistana məxsus 2 gəmiyə, həmçinin Azərbaycana məxsus 236 kiçik həcmli motorlu qayığa baxış keçirilib. Azərbaycana məxsus 9 gəmi və 94 qayıq, Rusiyaya məxsus 2 gəmi, üzmə vasitələrində ümumi olaraq 272 nəfər (onlardan 19 nəfəri Rusiya vətəndaşıdır) sərhəd rejimini pozduqları üçün saxlanılaraq barələrində zəruri tədbirlər görülüb.

Üzmə vasitələrinə baxış və digər tədbirlər zamanı 5,1 kq nərə, 400 kq ilan balığı, 83 kq müxtəlif növ balıq, 1 ov tüfəngi, 137 min 114 qarmaq və 281 min 749 metr balıqovlama toru, 17 sahibsiz qayıq aşkar edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR