Bank Of Baku

Yanvar-sentyabr aylarında Azərbaycanda 92,4 min daşınmaz əmlak üzərində hüquqlar qeydiyyata alınıb

Yanvar-sentyabr aylarında Azərbaycanda 92,4 min daşınmaz əmlak üzərində hüquqlar qeydiyyata alınıb
# 14 oktyabr 2008 09:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 92 418 daşınmaz əmlak üzərində hüquqlar qeydiyyata alınıb. Bu barədə «APA-Economics»ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) mətbuat xidmətindən məlumat verilib.
Bunun 35 487-i ilkin, 56 931-i isə təkrar bazara aid olub. Hesabat dövründə 14 859 ipoteka müqaviləsinin dövlət qeydiyyatı aparılıb, 70 261 texniki pasport tərtib edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə hüquqların ilkin qeydiyyatı üzrə 1 998, təkrar qeydiyyatı üzrə 12 328, ipoteka müqavilələrinin dövlət qeydiyyatı üzrə 2 714 çox əqdin qeydiyyatı aparılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həmçinin 24 961 ədəd çox texniki pasport tərtib edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR