Bank Of Baku

Tağı Əhmədov: «Seçki günü metroda təhlükəsizlik tədbirləri gücləndiriləcək»

Tağı Əhmədov: «Seçki günü metroda təhlükəsizlik tədbirləri gücləndiriləcək»
# 14 oktyabr 2008 09:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Bakı Metropoliteni hərəkət qrafikinə dəyişiklik etməyəcək. Bu barədə «APA-Economics» Bakı Metropolitenin rəisi Tağı Əhmədov məlumat verib.
T.Əhmədov bildirib ki, 15 oktyabr qeyri-iş günü olduğundan metroda sərnişinlərin azalması ehtimal olunur. Buna görə də metro şənbə gününün iş qrafikinə uyğun hərəkət edəcək. Lakin buna baxmayaraq, seçki günü hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün metropolitendə təhlükəsizlik tədbirləri gücləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR