Bank Of Baku

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bütün seçki məntəqələri rabitə vasitələri ilə təchiz edilib

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bütün seçki məntəqələri rabitə vasitələri ilə təchiz edilib
# 14 oktyabr 2008 10:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq məqsədi ilə ölkə ərazisində yaradılan bütün seçki məntəqələri rabitə vasitələri ilə təchiz olunub. Bu barədə «APA-Economics»ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib.
M.Əmirovun sözlərinə görə, bütün seçki məntəqələrinə rabitə vasitələri verilib, bir sıra seçki məntəqələri veb-kameralarla təchiz edilib və İnternetə çıxış təmin olunub. Bundan başqa, rabitə vasitələrinin istismarı zamanı problemlərin yaranmaması üçün hər bir məntəqəyə mütəxəssislər ayrılıb.
Qeyd edək ki, MSK tərəfindən seçkilərin keçirilməsi üçün 5 359 seçki məntəqəsi yaradılıb. Bu məntəqələrdən 5 148-i daimi, 33-ü isə Azərbaycanın xaricdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR