Bank Of Baku

Azərbaycanın bütün ərazisinin telefonlaşdırılması tam başa çatıb

Azərbaycanın bütün ərazisinin telefonlaşdırılması tam başa çatıb
# 14 oktyabr 2008 14:24 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiya Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi postsovet məkanında ilk dəfə olaraq ucqar və kiçik yaşayış məntəqələrinin telefonlaşdırılması prosesini tam yekunlaşdırıb.
«Aztelekom»dan «APA-Economics»ə verilən məlumata görə, digər MDB ölkələrində telefonlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələri üçün ən azı 50 ailənin daimi yaşaması əsas götürülür. «Aztelekom» isə ən azı 5 ailənin daimi məskunlaşdığı kiçik yaşayış məntəqələri ilə yanaşı, hətta 2-3 ailə yaşayan mövsümi yaşayış məntəqələrinin telefonlaşdırılmasını həyata keçirib. Belə yaşayış məntəqələrinin telefonlaşdırılmasına yalnız peyk rabitəsi avadanlıqlarından istifadə ilə deyil, həm də yeni EATS-lər tikmək, yaxın kənd və qəsəbə ATS-lərinin və CDMA texnologiyasının imkanlarından faydalanmaqla nail olunub.
«Aztelekom»dan bildirilib ki, bu ilin əvvəlindən 373 yaşayış məntəqəsi peyk rabitəsi avadanlıqları vasitəsilə, 128 yaşayış məntəqəsi CDMA texnologiyasının imkanlarından istifadə etməklə, 57 yaşayış məntəqəsi yaxın kənd və qəsəbə ATS-lərindən kabelləşdirilməklə, 21 yaşayış məntəqəsi yeni EATS-lər, 16 yaşayış məntəqəsi əlavə radio-telefonlar quraşdırılmaqla telefonlaşdırılıb. Ümumilikdə, həmin müddətdə 595 ucqar və kiçik yaşayış məntəqəsi tam telefonlaşdırılıb. Əlavə radio-telefonlar quraşdırılmış 16 məntəqədə daha dayanıqlı stasionar telefon rabitəsinin təşkili isə ən qısa müddətdə təmin olunacaq. Yeni telefonlaşdırılan yaşayış məntəqələrində artıq 3 006-dan artıq abunəçiyə telefon çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR