Ağdam-Xankəndi dəmiryol xəttinin bərpası davam edir. Layihələndirmə işlərinin 90, tikinti-quraşdırma işlərinin isə 48 faizi başa çatdırılıb.
"Azərbaycan Dəmir Yolları" QSC"dən (ADY) "APA-Economics"ə verilən məlumata görə, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi hər gün yüzlərlə sərnişini qarşılayacaq.
"İnşası davam edən Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi hər gün yüzlərlə sərnişini qarşılayaraq Böyük Qayıdışa mühüm töhfə verəcək", - məlumatda qeyd olunub.