Bank Of Baku

Azərbaycanda bərə-gəmiləri ilə avtotexnika daşımaları 12% artıb

Azərbaycanda bərə-gəmiləri ilə avtotexnika daşımaları 12% artıb
# 26 oktyabr 2026 12:13 (UTC +04:00)

2026-cı ilin yanvar-sentyabr aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) bərə-gəmiləri ilə 32 380 ədəd avtotexnika daşınıb. Bu, ötən ilin eyni dövründə qeydə alınan 28 847 ədədlə müqayisədə 12% çoxdur.

"APA-Economics" xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Məlumata görə, hesabat dövründə bərə-gəmiləri ilə daşınan avtotexnikanın ümumi çəkisi 837 557 ton təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 725 966 ton olub ki, bu da illik müqayisədə 15% artım deməkdir.

Yanvar-sentyabr aylarında bərə-gəmiləri ilə tranzit avtotexnika daşımalarının həcmi isə 776 744 tona çatıb. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 11% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR