Paşha Bank
Bank Of Baku

Bakı Limanında konteyner daşımaları 30% artıb

Bakı Limanında konteyner daşımaları 30% artıb
# 14 oktyabr 2026 09:58 (UTC +04:00)

2026-cı ilin yanvar-sentyabr aylarında Bakı Limanında 100 min TEU həcmində konteyner daşınıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakı Limanı məlumat yayıb.

Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30% çoxdur və növbəti rekord göstəricidir. Belə ki, 2025-ci ilin ilk 9 ayında limanda 77,3 min TEU həcmində konteyner daşınıb.

Hesabat dövründə limanda aşırılan ümumi yükün həcmi 4% artaraq 6,35 milyon tona çatıb. Quru yüklərin həcmi isə 71% artaraq 1,75 milyon ton təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR