Bank Of Baku

Daha iki ünvanda avtobus zolağında minib-düşmə yeri yaradılıb

Daha iki ünvanda avtobus zolağında minib-düşmə yeri yaradılıb
# 20 avqust 2025 15:14 (UTC +04:00)

Bakıda avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək üçün xüsusi yerlərin yaradılması davam etdirilir.

Bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, növbəti belə yerlər Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrinin kəsişməsində (“Caspian Plaza”nın qarşısı), eləcə də 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində (2 saylı “ASAN Xidmət” mərkəzinin yaxınlığı) təşkil edilib.

Hər iki ünvanda müvafiq lövhələr yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR