Nazir: Şəxsiyyət vəsiqəsinin tam rəqəmsallaşdırılması ilə bağlı qanunvericililiyə dəyişikliklər ediləcək

Nazir: Şəxsiyyət vəsiqəsinin tam rəqəmsallaşdırılması ilə bağlı qanunvericililiyə dəyişikliklər ediləcək
# 16 aprel 2024 11:13 (UTC +04:00)

Bu ilin sonunadək dövlət tərəfindən təqdim olunan doğum, nikah, ölüm haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin tam rəqəmsallaşdırılması ilə bağlı müvafiq qanunvericililiyə dəyişikliklər ediləcək.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan İnsurtech Zirvəsində çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, qeyd olunan sənədlər (şəhadətnamələr və şəxsiyyət vəsiqəsi – red.) həyat hadisələri ilə bağlı dövlət tərəfindən insanlara, cəmiyyətə təqdim olunan xidmətlərin təxminən 40%-ni təşkil edir.

Nazir qeyd edib ki, bu ilin axırına kimi bu sənədlərin tam rəqəmsallaşdırılması ilə bağlı qanunvericiliyə 250-dən artıq akt, müvafiq dəyişikliklər ediləcək.

“İlik sonunadək bu dəyişiklikləri etməklə, biz hesab edirik ki, dövlət və biznes, dövlət və vətəndaş arasında olan tranzaksiyaların böyük əksəriyyəti artıq elektron formata keçəcək”, - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR