Bank Of Baku

Rəşt-Astara dəmiryolu layihəsinin tikintisinə 2026-cı ildən başlanacaq - YENİLƏNİB

Rəşt-Astara dəmiryolu layihəsinin tikintisinə 2026-cı ildən başlanacaq - YENİLƏNİB
# 14 oktyabr 2025 14:59 (UTC +04:00)

“Rəşt-Astara dəmir yolu layihəsinin tikintisinə gələn ildən başlanılacaq”.

APA-nın İrana ezam olunan əməkdaşı xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev deyib.

Baş nazirin müavini bildirib ki, artıq dəmir yolunun altına düşən torpaqların alınması istiqamətində ciddi addımlar atılır: “2023-cü ildə Rusiya və İran hökuməti arasında bağlanmış sazişə əsasən, Şimal-Cənub Nəqliyyat Dəhlizinin dəmir yolu üzrə çatışmayan hissəsi, yəni Rəşt-Astara dəmir yolu ilə bağlı razılaşma əldə olunub. Bu razılaşmaya görə, Rusiya tərəfi Rəşt-Astara dəmir yolunun tikintisini həyata keçirəcək. Rusiya və İran tərəfinin verdiyi məlumata əsasən, dəmir yolunda tikinti altına düşən toraqların 50 faizi, yəni 162 km uzunluğu olacaq dəmir yolunun 80 kim-nin keçəcəyi ərazidə tikinti altına düşəcək torpaqlar alınıb. Gələn ilin mart ayına qədər torpaqların qalan hissəsi də alınacaq. Rusiya tərəfi geoloji axtarış işlərinə artıq başlayıb. Rusiya tərəfinin verdiyi məlumata görə, mərhələlərlə layihələndirməsi həyata keçiriləcək. Mümkündür ki, 2026-cı ildə artıq praktiki tikinti işlərinə başlanılsın. 2026-cı ildə başlanılsa və 3 il ərzində tikintisi başa çatsa, təxminən 2030-cu ilədək tam gücü ilə işləməyə imkan yaradacaq. Rusiya hökuməti ilə bizim Sazişdə qeyd edilib ki, 2028-ci ilin yanvarından ilkin mərhələdə 5 milyon ton yükün daşınması təmin olunacaq. Gələcəkdə isə 15 milyon tona qaldırmaq şərti ilə yüklər daşınacaq. Bu, Azərbaycan iqtisadiyyatına ciddi gəlirlər gətirəcək. İstənilən ölkə tranzit yükləri daşımaqda maraqlıdır. Həm də bu geosiyasi baxımdan da Azərbaycana ciddi faydalar gətirəcək”.

***

14.03

Rəşt-Astara dəmiryolu layihəsinin tikintisinə 2026-cı ildən başlanacaq.

APA-nın İrana ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Baş nazirin müavini Şahin Mustafayev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR