Bank Of Baku

Sabah Sabunçuda iki küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Sabah Sabunçuda iki küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
# 04 sentyabr 2026 15:25 (UTC +04:00)

Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"APA-Economics" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Təmir işlərinə 5 sentyabr saat 07:00-dan etibarən start veriləcək.

Hərəkətin qismən məhdudiyyəti təmir işləri bitənə qədər qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR