Bank Of Baku

Gürcüstanda Bakı-Tiflis-Qars layihəsi üzrə Koordinasiya Şurasının iclası keçiriləcək

Gürcüstanda Bakı-Tiflis-Qars layihəsi üzrə Koordinasiya Şurasının iclası keçiriləcək
# 12 iyun 2017 09:11 (UTC +04:00)

Bu gün Tbilisidə Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının növbəti iclası keçiriləcək.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, iclasda iştirak etmək üçün "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Tiflisdə səfərdədir.
 

Nümayəndə heyətinin üzvləri Tiflisin mərkəzində yerləşən Heydər Əliyev parkına gəlib, ulu öndərin abidəsi önünə əklil qoyub.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə xarici işlər, iqtisadiyyat, maliyyə nazirlərinin müavinləri, həmçinin digər dövlət qurumların vəzifəli şəxsləri daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR