Bank Of Baku

“Azərbaycan Dəmir Yolları” qış mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

“Azərbaycan Dəmir Yolları” qış mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
# 14 dekabr 2016 06:28 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri qış mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

 

 QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi dəmir yolunun üst quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirir, qartəmizləyən texnikalar saz vəziyyətə gətirilir.

 

Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sistemi bir daha yoxlanılır. Eyni zamanda vağzallardakı gözləmə zallarında istilik sisteminin, kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR