Bank Of Baku

“Formula 1” yarışı ilə əlaqədar 3 marşrut xətti üzrə avtobuslar 20 saatlıq iş rejimində çalışacaq

 “Formula 1” yarışı ilə əlaqədar 3 marşrut xətti üzrə avtobuslar 20 saatlıq iş rejimində çalışacaq
# 19 iyun 2017 10:02 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi 23-25 iyun tarixlərində paytaxtımızda keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz və rahat fəaliyyətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasını davam etdirir.

 

Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, “Bakı Şəhər Halqası” Əməliyyat şirkətinin müraciətinə əsasən yarış günlərində keçiriləcək mədəni kütləvi tədbirlərdə iştirak edəcək şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 3 marşrut xətti üzrə avtobusların 20 saatlıq iş rejimində işləməsi qərara alınıb.  Beləliklə, 23-25 iyun tarixlərində 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-dək  sərnişinlərə xidmət göstərəcək.

 

Bakı Nəqliyyat Agentliyinin müvafiq qərarının icrası ilə bağlı 5, 53 və 65 nömərli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu da ünvanlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR