Bank Of Baku

"Azərbaycan Dəmir Yolları" ilə AİB əməkdaşlıq perspektivlərini müzakirə edib

"Azərbaycan Dəmir Yolları" ilə AİB əməkdaşlıq perspektivlərini müzakirə edib
# 14 noyabr 2016 12:55 (UTC +04:00)

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vencay Zanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, C. Qurbanov Azərbaycanın əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsinin təmin edilməsi məqsədilə dəmir yolu infrastrukturunun yenidən qurulması istiqamətində görülən kompleks tədbirlər, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər, qarşıda duran perspektiv vəzifələr haqqında məlumat verib.

 

Görüş zamanı həmçinin ortamüddətli perspektivdə AİB ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlıq perspektivləri və prioritetləri müzakirə edilib. 

 

AİB-in vitse-prezidenti qlobal maliyyə-iqtisadi böhranının doğurduğu nəticələrə baxmayaraq, Azərbaycan dəmir yolu sahəsində son dövrlər görülmüş kompleks yenidənqurma işlərindən, habelə institutsional, maliyyə və hüquqi-tənzimləmə sahəsində aparılmış islahatlardan məmnun olduğunu qeyd edib.

 

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR