Bank Of Baku

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin elektron bilet sifarişinə maraq artır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin elektron bilet sifarişinə maraq artır
# 15 dekabr 2016 11:05 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin elektron bilet sifarişi ilə bağlı sentyabr ayından tətbiq etdiyi xidmətə maraq artıb.

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, ölkəmizdən keçən beynəlxalq nəqliyyat marşrutlarına cəlbediciliyin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması məqsədi ilə gerçəkləşdirilən bu xidmət növündən yaralananların sayında artım müşahidə olunmaqdadır.

 

Xidmətdən istifadə üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin internet saytında onlayn ödəniş üçün müvafiq xanalar doldurulmalıdır.

 

Ro-Ro və bərə gəmiləri ilə müxtəlif tipli avtomobillərin və sərnişinlərin daşınması sifarişini  aşağıdakı internet ünvana daxil olmaqla etmək mümküdür. https://public.acsc.az/online/payment/index/az/

 

Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişlidir.

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” müasir texnologiyaların tətbiqi ilə bağlı səylərini bundan sonra da davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR