Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azercell Telekom” ən son texnologiyalara uyğun smartfonları istifadəçilər üçün daha əlçatan etmək məqsədilə, yeni sərfəli kampaniyalar təqdim etməyə davam edir.
“Azercell Telekom”dan “APA-Economics”ə verilən məlumata görə, bu dəfə 4G smartfon əldə etmək arzusunda olan hər kəs avqustun 18-dən etibarən, güzəştli şərtlərlə yeni telefon kampaniyasından yararlana biləcək.
Kampaniya şərtlərinə görə, abunəçilər limitsiz internetə 12 ay müddətinə qoşulub, ayda cəmi 29.90 manat ödəməklə, “Huawei Y560”” smartfonuna pulsuz sahib ola biləcəklər. Bunun üçün “Azercell Ekspres” ofisi və ya Müştəri Xidmətləri Mərkəzlərinə müraciət edib, “Hədsiz İnternet” tarif paketinə qoşulmaq kifayətdir. Kampaniya çərçivəsində telefonlarının sayı məhduddur.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Qeyd edək ki, Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər “Azercell”in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə “Azercell” ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan “Global Wireless Solutions” şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən “Azercell” şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.