Bank Of Baku

"Azəravtoyol": Atılmış addımlar nəticəsində nəqliyyatın hərəkətində problem olmayıb

"Azəravtoyol": Atılmış addımlar nəticəsində nəqliyyatın hərəkətində problem olmayıb
# 02 fevral 2017 09:57 (UTC +04:00)

Ötən gecə və səhər saatlarında olduğu kimi, bu gün də avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olduğu küçə və prospektlərin, o cümlədən respublikanın avtomobil yollarının qardan və buzdan təmizlənməsi istiqamətində işlər aparılıb.

 

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən "APA-Economics"ə verilən məlumata görə, yollara şirkətə məxsus qar kürüyən, duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə cəlb edilib.

 

Atılmış addımlar nəticəsində nə Bakı şəhərində, nə də ki, respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR