2016-cı ildə "Azercell" Azərbaycanda telekommunikasiya sektorunun inkişafına 31 mln. 16 min dollar yönəldib.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, ölkədə fəaliyyət göstərdiyi 20 il ərzində şirkət bu məqsəd üçün 1 mlrd. 443 mln. dollar ödəyib.
Bundan başqa, ötən il şirkət öz kadr potensialının gücləndirilməsi və təkmilləşdirilməsinə 659 min 430,21 dollar, 20 il ərzində isə 22 mln. 434 min 173,21 dollar sərmayə yatırıb.
2016-cı ildə şirkət sosial layihələrin həyata keçirilməsi üçün 255 min 683,84 dollar, 20 il ərzində isə 18 mln. 722 min 27,66 dollar həcmində vəsait sərf edib.