Bank Of Baku

"Azercell"in səhmdarı "Turkcell"dəki iştirakını dayandırmaq üzrədir

"Azercell"in səhmdarı "Turkcell"dəki iştirakını dayandırmaq üzrədir
# 07 dekabr 2016 08:46 (UTC +04:00)

"Turkcell" şirkətinin səhmdarı olan "Sonera Holding B.V." mobil operatordakı səhmlərinin 13,07%-ni satır. "APA-Economics" xəbər verir ki, holdinqin "Turkcell"də 14,02% birbaşa, 24,02% dolayı səhmi var.

 

Şirkət səhm satışından 2,2 mlrd. lirə əldə etmək niyyətindədir.

Qeyd edək ki, "Sonera Holding B.V."-nin Avrasiya regionundakı aktivləri "Fintur Holdings" tərəfindən idarə olunur. Söhbət "Azercell" (Azərbaycan), "GeoCell" (Gürcüstan), "KCell" (Qaxaxıstan), "MoldCell" (Moldova) kimi aktivlərdən gedir.


Bundan öncə "Sonera Holding B.V." bildirib ki, tədricən Avrasiya regionundakı iştirakını dayandıracaq. Şirkət "uzun illərdir yerli tərəfdaşlarının korrupsiyaya uğramasına dair araşdırmalardan yorulduğunu" bildirib.

 

"Fintur Holdings"in səhmlərinin bir qismi "Türkcell" şirkətinə məxsusdur. "Fintur Holdings"in potensial alıcılarından biri də məhz Türkiyənin mobil operatorudur. Bildirilir ki, hazırda tərəflər arasında danışıqlar davam etdirilir.

 

Holdinq artıq Nepal və Özbəkistandakı aktivlərini satıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR