"Azərkosmos" ASC "Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi" müsabiqəsinin nəticələrini elan edib. "APA-Economics" xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd "Azersky" peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməlidir.
Müsabiqə çərçivəsində elmi-tədqiqat institutları, universitetlər və elmi tədqiqatla məşğul olan digər qurumlardan ümumilikdə 12 layihə təqdim edilib.
Sonunda 3 qalib şirkətlə "Azərkosmos" ASC arasında müqavilə imzalanıb.
Müsabiqənin qalibləri onlara təqdim olunan təsvirləri növbəti 6 ay ərzində elmi tədqiqatlarında tətbiq edəcək.